"Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Şaxtyor" üzərində qazandıqları qələbəni (1:0) şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"İki tam fərqli hissə izlədik. İlk yarıda dominantlıq edir, sürətli hücumlar qurur, yararlana bilməsək də, əla qol vəziyyətləri yaradırdıq. Bu turnirdə rəqibin cərimə meydançasında uğurlu olmaq çox önəmli məsələdir. İkinci yarıda komandanın yorulduğunu hiss etdim. Hərəkətlilik yoxa çıxdı və topla inamsız davranmağa başladıq. Bir sözlə, istədiyimiz kimi oynaya bilmədik".
Nihat