"Arsenal"ın sabiq futbolçusu Cek Uilşirin yeni iş yeri açıqlanıb.
Fanat.Az xəbər verir ki, sözügedən mütəxəssis "Norviç Siti"yə baş məşqçi təyin edilib.
Məlumatı klubun rəsmi saytı yayıb. 32 Uilşir təyinatı ilə bağlı fikirlərini eyni mənbəyə bölüşüb: "Norviç Siti"yə qoşulduğum üçün şadam. Bu, çox xoş təəssüratlar oyadan klubda qazandığım fantastik imkandır. Əsas komandada ümidləri doğrultmaq imkanından yararlanmaq istəyirəm".
Qeyd edək ki, 11 oyuna 17 xal toplayan "Norviç Siti" Çempionşipin turnir cədvəlində 7-ci pillədədir.
Nihat