"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının yeni formatı ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:
"Hələ cəmi iki matça çıxmışıq. Dəqiq nəsə demək tezdir. Amma məndən yeni formatın xoşuma gəlib-gəlmədiyini soruşursunuzsa, gəlir. Bu, yalnız 6 xal toplamağımızla bağlıdır! Sonradan nə olacağını zaman göstərəcək. Liqa mərhələsi başa çatanadan sonra müzakirə edərik".
Nihat