Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda öz meydanında PSV ilə 1:1 hesablı heç-heçə edən PSJ-nin futbolçusu Əşrəf Hakimi oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, matçın 55-ci dəqiqəsində komandasının yeganə qoluna imza atan mərakeşli oyunçunun sözlərini "RMC Sport" belə çatdırıb:
"Çox qəribə oyun idi. Qələbə qazanmaq üçün hər şey etsək də, top qapıya getmək istəmirdi. Çox sayda fürsət yaxalasaq da, bir qoldan artığını vura bilmədik".
Xatırladaq ki, PSV əvvəlki turlarda "Jirona"nı 1:0 hesabı ilə üstələyib, "Arsenal"a isə uduzub - 0:2.
Nihat