Hollandiyada təlim-məşq toplanışında olan "Qəbələ" ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Premyer Liqanın bürünc mükafatçısı "Alkmaar"la qarşılaşıb.
"Sportpark De Vissel" bazasında baş tutan oyunda meydan sahibləri 2:0 hesablı qələbə qazanıb. "Alkmaar"ın heyətində Muamer Tankoviç dubl edib.
Qeyd edək ki "Alkmaar" klubu 1967-ci ildə yaradılıb. Komanda indiyədək 2 dəfə Hollandiya çempionu, 4 dəfə ölkə kubokunun, 1 dəfə Superkubokunun qalibi olub, UEFA Kubokunda final oynayıb. "Alkmaar"a "Ayaks" və "Milan"ın sabiq üzvü, 2004-2008-ci illərdə Hollandiya millisinə, 2008/09 mövsümündə "Ayaks"a başçılıq etmiş Marko van Basten başçılıq edir. 2013/14 mövsüiünü 8-ci pillədə başa vuran komandanın heyətində Kosta Rika, İsveç, Serbiya, Avstraliya, Kamerun, Danimarka, Belçika, Norveç, ABŞ, Paraqvay, Uruqvay və Finlandiyadan 16 legioner çıxış edir.
"Qəbələ" Sloveniyada "Stoynitsa" (1:0), "Koper" (0:1), "Maribor" (1:0), Hollandiyada "Arnem"lə (4:0) yoxlama oyunu keçirib. Dorinel Muntyanunun yetirmələri Hollandiyada "Konyaspor" (23 iyul) və "Heerenven"lə (26 iyul) qarşılaşacaq.
Yoxlama oyunu
20 iyul
Alkmaar (Hollandiya) - Qəbələ (Azərbaycan) 2:0
Qollar: Muamer Tankoviç, 37-pen; 70.
Alkmaar: İves De Vinter, Mattias Yohansson, Ceffrey Quveleeuv, Jan Vuytens, Simon Poulsen, Nemanya Qudelj, Markus Henriksen, Viktor Elm, Stiven Berquis, Muamer Tankoviç, Qus Hupperts.
Ehtiyat oyunçular: Nik Olic, Villi Overtoom, Qus Van Veerdenburq, Kelso Ortis, Mixail Rosheuvel, Yoris van Overeem, Dabney dos Santos.
Baş məşqçi: Marko van Basten.
Qəbələ: Kamran Ağayev, Vladimir Levin, Ürfan Abbasov, Şirməmməd Məmmədov, Pavol Farkaş, Ruslan Abışov, Nizami Hacıyev, Adrian Ropotan, Cavid Hüseynov, Markinyos Karioka, Viktor Mendi.
Ehtiyat oyunçular: Anar Nəzirov, Elnur Allahverdiyev, Rafael Santos, Ruslan Tağızadə, Elvin Camalov, Andrey Kristea, Dodo, Sadiq Quliyev, Murad Musayev, Müşviq Teymurov.
Baş məşqçi: Dorinel Muntyanu.
Fanat.az