Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.
57 kq çəkidə mübarizəyə ilk mərhələdən qoşulan dünya çempionumuz Jalə Əliyeva 1/8 finalda ukraynalı Alina Filipoviçi 7:4 hesabı ilə məğlub edib. Güləşçimiz ardınca türkiyəli Sevim Akbaşdan da üstün olub - 10:0. O, yarımfinalda Sofia Makaluso (ABŞ) ilə üz-üzə gələcək.
62 kq-da isə Ruzanna Məmmədova 1/8 finalda qırğızıstanlı Kalmira Bilimbeklə qarşılaşıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən güləşçimiz ikinci görüşündə Viktoriya Vessoya (Estoniya) uduzub - 1:7.
Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb. Gülər Həbibova (59 kq) isə təsəlliverici görüşdə çinli Honq Lianqla qarşılaşacaq.