Misli Premyer Liqasının 11-ci turunda baş tutan qərb derbisində "Turan Tovuz"a 1:2 hesabı ilə uduzan "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis belə danışıb:
"Maraqlı oyun oldu. Sonda bəzi nüanslar çatmadı. Uşaqlar yaxşı oyun keçirdilər. Mənim üçün bəzi sürprizlər də oldu. Digər nüansları özünüz dəyərləndirərsiz. Olmayan cərimə zərbələrini təyin edirsə, sonluğun gərgin olması anlaşılandır. Hakimlərə təşəkkür edirəm. Biz məşqçilərin işlərini hakimlər kölgəyə salırlar. Öz işlərində olsunlar. Mən hər şeyi onların insafına buraxıram. Ən adil hakim Allahdır".
Nihat