Moskva "Lokomotiv"i növbəti transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, Rusiya təmsilçisi Türkiyənin "Akhisar Bələdiyyəspor" klubundan Omar Niasseni heyətinə qatıb.
Türk klubu 250 min avroya aldığı futbolçunu 5,5 milyon avroya satıb. Niasse ötən mövsüm Super Liqada 12 qol vurmuş və 6 məhsuldar ötürmə vermişdi. O, "İnter" və "Qəbələ"nin sabiq üzvü, hazırda "Mordoviya"da çıxış edən İbrahima Niassenin kiçik qardaşıdı.
Fanat.az