“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 11-ci turu çərçivəsində “Neftçi” ilə qarşılaşmanı şərh edib.
Fanat.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis komandasının evdə qolsuz bərabərliyə (0:0) razılaşdığı matçı belə dəyərləndirib:
“İlk növbədə oyunçularımı təbrik etmək istəyirəm. Onlar bu gün həqiqətən möhtəşəm idilər. Son saniyələrə qədər inadkarlıq göstərdilər. Əfsuslar olsun ki, bu gün biz iki xal itirdik. Futbolda qol vurmaq üçün ən real şans penaltidir. Ondan da yararlana bilmədik. İki xal itirdik, ağlamaq üçün vaxtımız yoxdur. Sabahdan qarşıdakı matça hazırlaşacağıq.
Yaxşı oyuna görə üç xal versəydilər, indi xalımız daha çox olardı. Futbolçularımın oyunundan razıyam, təəssüf ki, bu gün qələbə qazana bilmədik”.