“Turan Tovuz” Misli Premyer Liqasında 30-cu qələbəsini əldə edib.
Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley 11-ci turun "qərb derbisi"nə təsadüf edib.
Kurban Berdiyevin komandası öz meydanında “Kəpəz”i 2:1 hesabı ilə üstələyib. Beləliklə, Tovuz təmsilçisi 30-cu qalibiyyətini 83-cü oyununda qazanıb. 30 qalibiyyətdən 16-sı evdə, 14-ü isə səfərdə reallaşıb.
"Turan Tovuz" Premyer Liqada ilk qələbəsini 2022-ci il, avqustun 13-də “Səbail”lə səfər matçında qazanıb (1:0).