11:02 28.10.2024 744

Vaqif Cavadov ilk qələbəyə sevindi, “Turan Tovuz” “Qarabağ"ı izləməyə davam edir – Tura baxış

Misli Premyer Liqasının XI turu Vaqif Cavadov üçün əlamətdar oldu. “Sumqayıt” onun rəhbərliyi altında 7 turluq qələbə həsrətinə son qoydu. “Səbail”in isə işləri qaydasında getmir. Bu gedişlə “dənizçilər”in son pilləyə yuvarlanacağı gün uzaqda deyil.

"Turan Tovuz" – "Kəpəz" 2:1 
Qollar:
Veysəl Rzayev, 15. Emmanuel Hakman, 90+3 - Luis Paçu, 76-pen.
Kristian Da Silva 2-ci dəqiqədə penaltidən yararlana bilməyib (kənar).
"Turan Tovuz": 1. İvan Konovalov, 5. Roderik Miller, 9. Kristian Da Silva (k), 15. Emmanuel Hakman, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 33. Eltun Turabov, 77. Veysəl Rzayev, 80. Otto Con, 88. Faiq Hacıyev, 99. Sadiq Şəfiyev.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 6. Araş Qaderi, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdiyev.
"Kəpəz": 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev,, 77. Viktor Braqa, 78, Yeqor Xvalko (k), 70. Nicat Süleymanov, 11. Orxan Əliyev, 5. Rauf Hüseynli,  26. Valdemar Almeyda, 29. Dioqo Verdaska, 9. Paçu Lira, 3. Mahamadu Ba.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 80. Tural Rzayev, 99. Əli Səmədov, 12. Turan Manafov, 20. Mahir Həsənov, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 10. Karim Lkouça, 19. Lassana Ndiaye.
Baş məşqçi: Azər Bağırov.

“Kəpəz” bu tur “Səbail”lə aradakı xal fərqini 3-ə endirə bilərdi. Bunun üçün cəmi bir neçə dəqiqə dözmək və “Turan Tovuz”a uduzmamaq kifayət idi. Amma Gəncə təmsilçisi Emmanuel Hakmanın son saniyələrdə vurduğu qola əngəl ola bilmədi. Azər Bağırovun gəlişindən sonra “artırdığı” hiss olunan “sarı-göylər” “Turan Tovuz”a çətin anlar yaşatmağı, azarkeşləri həyacanlandırmağı bacardı. Kristian Da Silva penaltini qaçırsa da, hesabı açan tərəf meydan sahibləri oldu. Veysəl Rzayev əllə oyunun iddia olunduğu epizodda fərqləndi. Paçu 76-cı dəqiqədə penaltini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirdi. Di gəl ki, bu hesabı qoruyub, Tovuzdan 1 xalla ayrılmaq mümkün olmadı.
24 xallı “Turan Tovuz” “Qarabağ”ın ən yaxın izləyicisidir. Sonuncu pillədəki “Kəpəz”in isə cəmi 3 xalı var.

“Araz-Naxçıvan” – “Zirə” 1:1
Qollar:
Felipe Santos, 89-pen - Georgi Papunaşvili, 31
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 17. İssuf Paro, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.
"Zirə": 97. Tyaqo Silva, 7. Məqsəd İsayev, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato (k), 10. Georgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 22. İldar Ələkbərov, 5. Stefan Akka, 90. Davit Volkov, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 24. Yusuf Laval, 18. Junior Martins, 17. Ayron Qomis.
Baş məşqçi: Rəşad Sadıqov.

“Zirə” səfərdə “Araz Naxçıvan”ı məğlub etməyə çox yaxın oldu. Georgi Papunaşvilinin 31-ci dəqiqədə vurduğu qolla önə keçən qəsəbə təmsilçisi uzun müddət bu üstünlüyü qorudu. Özü də bu üstünlük təkcə hesabda yox, oyunda da hiss olunurdu. İkinci hissədə mənzərə bir qədər dəyişdi. Nominal meydan sahibləri təzyiqi artırdı. Bu təzyiq də kuryoz penalti ilə öz bəhrəsini verdi. 89-cu dəqiqədə təyin olunan həmin penaltidən Santos dəqiq yararlandı. Bununla da “Zirə” ardıcıl ikinci oyunda 1:1 hesablı bərabərliklə kifayətlənməli oldu. “Araz Naxçıvan”ın isə məğlubiyyətsiz oyunlar seriyası davam edir.
21 xallı “Araz Naxçıvan” 3-cü pillədə möhkəmlənib. Ondan 4 xal geridə olan “Zirə” isə 4-cü sıradadır.

“Səbail” – “Sumqayıt” 0:1
Qol:
Silvanus Nimeli, 51
Fərid Nəbiyev 78-ci dəqiqədə penaltidən yararlana bilməyib (dirək).
“Səbail”: 1. Hüseynəli Quliyev 74. Yusif Nəbiyev (k) 77. Fərid Nəbiyev 20. Mert Çelik 11. Rüfət Abdullazadə 10. David Qomis 8. Qorka Laruçça 44. Amir Bilali 3. Dmitro Litvin 7. Madi Queta 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 25. Nicat Məmmədzadə 6. Cabir Əmirli 18. Süleyman Əhmədov 15. Vüsal Məsimov 83. Nihad Quliyev 19. Samir Abdullayev 17. Gülağa Əsədov 16. Emin Rüstəmov 21. Ayman Bouali
Baş məşqçi: Şahin Diniyev
“Sumqayıt”: 1. Mehdi Cənnətov 14. Elvin Bədəlov (k) 7. Rövlan Muradov 17. Murad Xaçayev 30. Kamran Quliyev 8. Səbuhi Abdullazadə 19. Roy Kehart 95. Miloş Miloviç 99. Silvanus Nimeli 23. Cordan Rezabala 60. Tresor Mossi
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 36. Xəyal Fərzullayev 6. Vüqar Mustafayev 10. Rəhim Sadıxov 2. Sertan Taşkın 20. Ayxan Süleymanlı 21. Nihat Əhmədzadə 24. Sənan Muradlı 11. Fernando Da Silva 12. Giorgi Karaişvili 9. Nikola Vuynoviç 77. Cəsurbek Cəloliddinov
Baş məşqçi: Vaqif Cavadov

Maraqlıdır ki, “Sumqayıt” Premyer Liqada sonuncu qələbəsini elə “Səbail” üzərində qazanmışdı. 7 oyunluq həsrət “Səbail”lə oyunda da bitdi. Yeganə fərq odur ki, bu qələbənin memarı Samir Abasov yox, Vaqif Cavadov oldu. Gənc çalışdırıcı elitada baş məşqçi kimi çıxdığı ikinci oyunda qələbə qazanmağı bacardı.
Düzdür, Fərid Nəbiyev 78-ci dəqiqədə qardaşı Yusif Nəbiyevə qarşı kobud oyuna görə təyin olunmuş penaltini qola çevirə bilsəydi, hesab fərqli olacaqdı. Amma dirək onun sevinməsinə imkan vermədi. Belədə Silvanus Nimelinin 51-ci dəqiqədə vurduğu gözəl qol oyunda yeganə oldu və “Sumqayıt”a minimal hesablı qələbə qazandırdı.
Xalını 10-a çatdıran “Sumqayıt” 7-ci pilləyə qədər irəliləməyi bacardı. 7 xallı “Səbail” isə 9-cu pillədən qurtula bilmir. 

"Sabah" – "Neftçi" 0:0 
Sekidika (Sabah) 54-cü dəqiqədə penaltidən yararlana bilməyib (dirək)
“Sabah”: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev (k), 77. Şakir Seyidov, 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris. 
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 10. Namik Ələskərov, 4. Elvin Camalov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 99. Neqoş Kupusoviç. 
Baş məşqçi: Krunoslav Renduliç. 
“Neftçi”: 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 23. Robert Bauer, 24. Mustafa Sek, 11. Kilan Lebon, 22. Dembo Darbo. 
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 88. Andrey Ştoqrin, 20. Alfa Konte, 77. Yeqor Boqomolski. 
Baş məşqçi: Samir Abasov.

“Neftçi” səfərdə qazandığı 1 xala görə Sekidikaya minnətdar olmalıdır. Məhz bu futbolçu 54-cü dəqiqədə penalti qaçırmaqla hesabı açmaq fürsətini əldən verdi. Komandaların çoxsaylı cəhdləri fayda verməyincə görüş elə başladığı hesabla da bitdi. Ədalət naminə “Sabah”ın rəqibindən daha yaxşı oynadığını, qələbəyə yaxın olduğunu qeyd etməliyik. Xüsusən də ikinci hissədə meydan sahibləri meydana ağırlıqlarını qoymağı bacardılar. Amma bu üstünlüyü hesabda əks etdirmək mümkün olmadı.
“Sabah” ardıcıl iki oyunda xal itirməklə liderlərdən xeyli aralıb. Masazır təmsilçisi 17 xalla 5-ci sıradadır. Elə “Neftçi” də xeyli uzaqlardadır. Samir Abasova xilaskar gözüylə baxan “ağ-qaralar” cəmi 9 xal toplayıb və 8-ci pillədə qərarlaşıb.

"Qarabağ" – "Şamaxı" 3:0 
Qollar:
Toral Bayramov, 50-pen. Redon Cica, 66. Yassin Benzia, 84.
"Qarabağ": 97. Fabian Buntiç, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə (k), 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 6. Julio Romao, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 2. Mateus Silva, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
"Şamaxı": 1. Rikardo Fernandes, 60. Səbayıl Bağırov, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Georgi Kantariya, 9. Belaydi Pusi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke, 66. Vasili Bakiç.
Baş məşqçi: Ayxan Abbasov.

Turun son oyununda “Qarabağ” sürprizə imkan vermədi. Düzdür, “Şamaxı” meydan sahiblərinin təzyiqinə bir hissə davam gətirə bildi və komandalar fasiləyə qolsuz bərabərliklə yollandılar. Fasilədən sonra “Qarabağ” “Şamaxı”nın qapısına 3 cavabsız top vurmaqla 3 xalı hesabına yazdı. Toral Bayramovun hesabı açdığı oyunda Cica və Benzima meydana sonradan daxil olub, adlarını tabloya yazdırdılar.
27 xallı “Qarabağ” turnir cədvəlinə inamla liderlik edir. “Şamaxı” isə 12 xalla 6-cı sırada qərarlaşıb.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09 phrase_var_core.may 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

phrase_var_core.fb
X