"Mançester Yunayted"in müqaviləsinin müddəti başa çatmamış baş məşqçi postundan istefaya göndərdiyi Erik ten Haqa hansı məbləğdə təzminat ödəyəcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic" yayıb.
Xəbərə görə, niderlandlı çalışdırıcı təxminən 20 milyon avro alacaq.
Xatırladaq ki, ten Haq 2022-ci ilin aprelindən MY-ni çalışdırırdı. 2003-cü ildə "qırmızı şeytanlar"alaİngiltərə Kubokunu qazanan mütəxəssis 2024-cü ildə İngiltərə Liqa Kubokunda qələbə sevinci yaşayıb. Onun Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.
Nihat