"Benfika"nın liderlərindən biri olan Orkun Kökçü sərgilədiyi oyunla Avropanın aparıcı klublarının diqqətini cəlb edib.
Fanat.Az xəbər verir ki, türk yarımmüdafiəçi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Portuqaliyanın “Record” nəşrinin məlumatına görə, “Liverpul” klubunun təmsilçiləri “Benfika”nın 23 yaşlı oyunçusunun çıxışlarını izləməkdə davam edir. “Qırmızılar”ın skautları son olaraq “qartallar”ın “Rio Ave” ilə (5:0) ilə görüşünü izləyiblər. Bundan əlavə, Arne Slot yarımmüdafiəçinin bacarıqlarına yaxşı bələddir, çünki onların daha əvvəl türk millisinin kapitan olduğu "Feyenoord"da yolları kəsişib.
Orkun Kökçu ötən il məhz "Feyenoord"dan "Benfika"ya keçib.
"Transfermarkt" futbolçunun dəyərini 28 milyon avro qiymətləndirir.
Türk futbolçu bu mövsüm "Benfika"nın heyətində 11 matça çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə edib.
Mirağa