"Bayern Münhen"in və İngiltərə millisinin hücumçusu Harri Keyn "France Football" tərəfindən ilin ən məhsuldar futbolçusuna təqdim edilən Herd Müller mükafatını qazanmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, ürək sözlərini şəxsi "X" hesabında bölüşüb:
"Möhtəşəm axşam idi. Qollarla dolu 2023/2024 mövsümü üçün Herd Müller mükafatını qazanmaq xüsusi hisslərə meydan verir. Bütün personala və komanda yoldaşlarıma minnətdaram. Sizsiz bunu reallaşdırmaq mümkün olmazdı. Aldığım xoş mesajlar və şərhlər də mənim üçün çox qiymətlidirlər".
Xatırladaq ki, Keynlə yanaşı, "Real Madrid"in forvardı Kilian Mbappe də eyni mükafata sahib çıxıb. Sözügedən oyunçular ötən mövsüm hərəyə 52 qol vurublar.
Nihat