Sabiq fransalı hücumçu Frank Riberi "Qızıl top" mükafatının "Real Madrid"in vingeri Vinisius Juniora deyil, "Mançester Siti"nin yarımmüdafiəçisi Rodriyə verilməsinə istehza ilə yanaşıb.
Fanat.Az-ın məlumatına görə, sosial şəbəkə hesablarında "Qızıl top" mükafatının adını yazan Frank ona 3 gülüş emojisi əlavə edərək mövqeyini ortaya qoyub:
Qeyd edək ki, Riberi də futbol oynadığı dönəmdə mübahisəli şəkildə bu mükafatı qazana bilməmişdi. Futbol ictimaiyyəti 2013-cü ildə Fransa millisinin üzvünün arzusuna çatacağını proqnozlaşdırsa da, "Qızıl top" Kriştianu Ronalduya verilmiş, Lionel Messi 2-ci, Riberi 3-cü olmuşdu.
Nihat