Dünən Fransada keçirilən "Qızıl top" mərasimi ilə bağlı müzakirələr davam edir.
Fanat.Az xəbər verir ki, məşhur futbolçu Luiş Fiqu "Real Madrid"in son anda tədbiri boykot edərək Parisə gəlməməsinə münasibət bildirib.
Vaxtilə İspaniya nəhəngində çıxış edən portuqaliyalı "Marca" nəşrinə belə deyib:
"Mən bura əylənmək üçün gəlmişəm, çünki aktiv həyat tərzi keçirmirəm. Açığı, "Real"lıların tədbirə gəlməmələrinə təəccübləndim, çünki klubdan biri ilə danışmışdım. Onlar saat 13:30-da Parisə uçacaqdılar. Vinisius Juniorun namizədliyi də gözlənilirdi, podiumda olan üç nəfərin hər biri qalib gələ bilərdi. İtirənlərlərin yerinə özümü qoyuram, çünki bu, mənim də başıma gəlib. Bu hissi anlayıram. Amma tarixi davam edir. Hər zaman yaxşı oyunçular olub və olacaq. Üzülmək lazım deyil".
Qeyd edək ki, “Mançester Siti”nin ulduzu Rodri “Qızıl top”u qazanıb.
Mirağa