"Tottenhem"in və Braziliya millisinin hücumçusu Rişarlison "Qızıl top" mükafatının "Real Madrid"in vingeri Vinisius Juniora deyil, "Mançester Siti"nin yarımmüdafiəçisi Rodriyə verilməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesablarında belə yazıb:
"Biz hamımız - futbolla yaşayan insanlar hər il fərdi mükafatların kimlərə təqdim olunacağını səbirsizliklə gözləyirik. Bu gün bütün braziliyalılar uzun müddətdən sonra ölkəmizdən olan daha bir futbolçunun "Qızıl top"u qazanacağını gözləyərək oynadılar. Təəssüf ki, aydın olmayan səbəblər üzündən mükafat gəlmədi. Məni düz başa düşün, Rodri böyük futbolçudur, ən yaxşıların arasında olmağı haqq edir. Amma Vininin "Qızıl top"u almaması rəzalətdir. Bu gün futbol uzuzdu".
Xatırladaq ki, Vinisius səsvermədə 2-ci, "Kral klubu"nun digər futbolçusu Cud Bellingem isə 3-cü olub. Daha bir "Real"lı Daniel Karvaxal 4-cü yeri tutubsa, "5-liy"i "Mançester Siti"nin forvardı Erlinq Holand qapayıb.
Nihat