"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Roy Kin "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haqın qovulmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, irlandiyalı sosial şəbəkə hesablarında belə bir paylaşım edib:
"Yaxşı komandalarda məşqçilər futbolçulardan məsuliyyət tələb edir. Böyük komandalarda oyunçular oyunçulardan məsuliyyət tələb edir".
Xatırladaq ki, ten Haq oktyabrın 28-də istefaya göndərilib. Onun funksiyasını müvəqqəti olaraq MY-nin sabiq hücumçusu, bunadək komandada həmyerlisinin köməkçisi qismində çalışan Rud van Nistelroy yerinə yetirəcək.
Nihat