Avstriyanın “Red Bull” şirkəti İtaliya A Seriyasında mübarizə aparan klubu almaq istəyir.
Fanat.Az “La Stampa”ya istinadən xəbər verir ki, bu, "Torino"dur.
Mənbə klubun prezidenti Urbano Kayro artıq konsern nümayəndələri ilə bir neçə dəfə görüşdüyünü vurğulayıb.
Qeyd edək ki, "Red Bull" 2024-cü ilin sentyabrından Turin təmsilçisinin sponsorudur.