Futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, noyabrın 3-dən 6-dək Bosniya və Herseqovinada təlim-məşq toplanışı, ayın 4-də və 5-də adıçəkilən ölkənin yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək yığmamızın baş məşqçisi Vitali Borisov 14 futzalçıya dəvət göndərib.
Borisovun heyətə cəlb etdiyi oyunçulardan 5-i "Araz-Naxçıvan"dan, 5-i "Baku Fire"dən, 3-ü "Neftçi" İK-dən və 1-i "Şuşa"dandır:
Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Kamran Hacıyev (“Baku Fire)
Oyunçular: Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov, Emil Həsənzadə (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Fərid Abbasov (hamısı “Baku Fire”), Seymur Məmmədov, Eldar Zeynalov, Mirzə Əmirov (hamısı “Neftçi” İK), İlham Alıyev ("Şuşa").
Komandamız oktyabrın 31-dən noyabrın 2-dək Bakıda məşq edəcək.