"Napoli"nin vingeri Xviça Kvaratsxeliya 25 xalla İtaliya A Seriyasının turnir cədvəlinin 1-ci pilləsində qərarlaşan komandasının çempionluq şanslarını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Football Italia" gürcü futbolçunun sözlərini belə çatdırıb:
"Əlbəttə, biz çox yaxşı irəliləyirik və belə də davam etməliyik. Komandamız inanır ki, bunu yenidən bacara bilərik".
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 10 matça çıxan Kvaratsxeliya 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat