İngiltərənin "Nyukasl" klubu Gürcüstan "Dinamo"nun gənc oyunçusu Vaxtanq Saliyanı heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, məlumatı Premyer Liqa klubunun mətbuat xidməti yayıb.
17 yaşlı hücumçu Premyer Liqa klubunun düşərgəsinə 2025-ci ilin avqustunda, 18 yaşı tamam olduqdan sonra qoşulacaq. Həmin vaxta qədər isə "Dinamo"da oynamağa davam edəcək.
Qeyd edək ki, Saliya "Dinamo"da debüt matçını 2023-cü ilin noyabrında keçirib. Futbolçu bu mövsüm meydana çıxdığı 27 oyunda 5 qol vurub.