"Qarabağ"ın sabiq qapıçısı, hazırda Moskva "Dinamo"sunun uğurları üçün çalışan Andrey Lunyov futbolçuların siqaret çəkməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "RB Sport" rus qolkiperinin sözlərini belə çatdırıb:
"Siqaret çəkmək oyunçunun sağlamlığına təsir etmirsə, niyə çəkməsin ki? Əsas tənqid onun oununa yönələ bilər. Amma o, siqaret çəkir və meydanda ustalığını sabit şəkildə nümayiş etdirə bilirsə, burada qeyri-adi nəsə yoxdur. İstəyir içsin, istəyir çəksin, istəyirsə də başqa nəsə etsin".
Qeyd edək ki, Lunyov ötən mövsümün sonunda "Qarabağ"dan ayrılaraq "Dinamo"ya qoşulub.
Nihat