"Tottenhem"in baş məşqçisi Angelos Postekoglu niderlandlı mütəxəssis Erik ten Haqın "Mançester Yunayted"dən qovulmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Goal" onun sözlərini belə çatdırıb:
"Bu qərarın məni şoka saldığını deməzdim. Nə qədər üzücü olsa da, qaçılmaz haldır. Erik yaxşı mütəxəssisdir. O, özünə bəraət qazandıracaq. Əminəm ki, karyerası bununla sona çatmayacaq".
Xatırladaq ki, ten Haq "qırmızı şeytanlar"ın İngiltərə Premyer Liqasının 9-cu turunda səfərdə "Vest Hem"dən aldıqları məğlubiyyətin ardından istefaya göndərilib. Mançester təmsilçisi müvəqqəti olaraq Rud van Nistelroya tapşırılıb.
Nihat