İngiltərənin kriket yığmasının kapitanı Ben Stouksun evi bir qrup maskalı şəxs tərəfindən qarət edilib.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, Ben hadisə barədə özü danışıb.
O, evinin Pakistandakı Test Seriyası matçında olarkən qarət edildiyini deyib. Qarət zamanı 33 yaşlı kriketçinin həyat yoldaşı və iki uşağı evdə olub.
Stouks ailə üzvlərinin xəsarət almadıqlarını, müxtəlif dəyərli əşyaların oğurlandığını söyləyib. O, itmiş əşyaların, həmçinin 2020-ci ildə qazandığı OBE medalının fotosunu sosial şəbəkələrdə paylaşıb.
Hadisədən sonra İngiltərə yığması Test Seriyasının ikinci matçında Pakistana məğlub olub, Stouks isə 37 xal toplayıb.