15:58 07.11.2024 773

Şahin Diniyevin yerinə 3 namizəd var - Hansı daha realdır?

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bu yay büdcəsinin azaldıldığı üzə çıxan "Səbail"in necə təsir bağışlayacağı böyük maraq doğururdu. Geridə qalan "futbol ili"ndə avrokuboklara vəsiqə qazanmaq işinin öhdəsindən gələ bilməyən "dənizçilər" bəzi futbolçularını heyətdə saxlaya bilməsələr də, komandanın ilk dövrədə bərbad çıxışla diqqət çəkəcəyi, elitadan düşmək təhlükəsi ilə üz-üzə qalacağı gözlənilən deyildi. Əlbəttə, çempionat uzun marafondur və indidən hansı komandanın Misli Premyer Liqası ilə ən azı 1 mövsümlük vidalaşacağını söyləmək daha çox münəccimlik iddiasına bənzəyər. Amma baş məşqçi Şahin Diniyevin bir qədər obrazlı yanaşsaq, artıq kələfin ucunu itirdiyi sezilirdi. 12 tura 2 qələbə, 1 heç-heçəsi olan və 9 yenilgi fonunda topladığı 7 xalla turnir cədvəlinin 9-cu pilləsində mövqe tutan Bakı təmsilçisinin hesabat turunda autsayder "Kəpəz"ə uduzması (0:1) bıçağın sümüyə dirənməsi anlamında idi. Şahin bəyin Tovuzdakı matçdan sonra istefa qərarını açıqlaması ən düzgün addım oldu. 

"Qalmağın mənası yoxdur"

Diniyevin "Kəpəz"ə yenilginin ardından verdiyi açıqlama əlavə şərhə əlyeri qoymur. Təcrübəli mütəxəssis öncəki turlarda dəfələrlə işlərin qaydasına düşəcəyini, paytaxt təmsilçisinin nəticələrini yaxşılaşdıracağına inandığını dilə gətirsə də, "sarı-göylər" ilə matçın ardından təşkil edilən mətbuat konfransında ümidinin tükəndiyini bir neçə cümlə ilə diqqətə çatdırdı: "Oyun haqda çox danışmağa söz yoxdur. Rəhbərliklə görüşdüm, istefa qərarımı verdim. Qərarımı dəyişmək niyyətində deyiləm. Komandaya yeni nəfəs lazımdır. Perspektiv görmürəmsə, qalmağın mənası yoxdur".

Sözügedən çalışdırıcının nəyi düz, nəyi səhv etdiyini, niyə "Səbail"in "sükanı arxası"nda daha uzun müddət qala bilmədiyini incələmək başqa yazı mövzusudur. Büdcənin azaldılması öz yerində, amma şübhəsiz, Şahin bəy yaydakı yenidənqurma zamanı oyunçu seçimində yanılmasaydı, futbolçularını uduzduğu görüşlərdən hansınasa daha yaxşı hazırlasaydı, vəziyyət bu dərəcədə kritikləşməzdi... 

Bir neçə namizəd var

Reallıq budur ki, artıq Diniyev postunda deyil və onun yerini müvəqqəti olaraq klubun U-19 komandasının çalışdırıcısı Elvin Məmmədov tutub. Rəhbərlik isə hazırda baş məşqçi postuna bir neçə namizədlə danışıq aparır. Dəqiqləşdirsək, adı "Səbail"lə yanaşı çəkilənlər "Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev, işsiz mütəxəssis Tərlan Əhmədov və "Turan Tovuz"da Kurban Berdiyevin köməkçilərindən biri qismində fəaliyyət göstərən Cavid Hüseynovdur. 

Hüseynov yarayarmı?

Əslində, Azərbaycan millisinin 36 yaşlı sabiq yarımmüdafiəçisi Diniyevin yerini tutacağı ən az ehtimal edilən məşqçidir. Məşqçilik fəaliyyətinə 2021-ci ildə Region Liqasında çıxış edən "Cəbrayıl"da başlayan Hüseynov daha sonra Premyer Liqada "Şamaxı"da Vüqar Əsgərovla birlikdə işləyib. Düzdür, protokolda baş məşqçi Əsgərov idi, oyunsonrası mətbuat konfranslarında da həmişə onu görürdük. Ancaq komanda üzərində hər ikisi bərabər hüquqla çalışdırdılar. Başqa sözlə, heyətində  bir legioner də olmayan "aslanlar" 2022/2023 mövsümündə Hüseynov - Əsgərov tandeminin rəhbərliyi altında aşağı liqaya yuvarlanmışdı. Ardından yenidən "Cəbrayıl"a qayıdan Cavid bəy daha sonra "Turan"a üz tutub.

Onun tanınmış mütəxəssis Berdiyevdən nələrsə öyrəndiyi və öyrənməyə davam etdiyi şübhə doğurmur. Məşqçiliyə olan həvəsini və bacarığını aşağı divizion təmsilçisinin Birinci Liqaya qədər irəliləməsində xüsusi rol oynayaraq isbatlayan Hüseynovun bütün hallarda, elita təcrübəsi digər namizədlərlə müqayisədə azdır. Digər tərəfdən, Cavidin Premyer Liqada baş məşqçi olmağa imkan verən Pro kateqoriyası da yoxdur ki, bu da onun önünü kəsən ən ciddi məqamdır.

Hacıyev tanış simadır

2018-2022-ci illərdə "Səbail"in baş məşqçisi olmuş Aftandil Hacıyev öz üzərində işləməyi sevən, müasir futbolun xırdalıqlarını nəzərə almağa çalışan mütəxəssisdir. "Dənizçilər" 2018/2019 mövsümündə onun rəhbərliyi altında çempionatda 3-cü yeri tutaraq Konfrans Liqasında iştirak hüququ qazanıb. 2020/2021 "futbol ili"ndə 8 komandalı çempionatda isə Premyer Liqadakı mübarizəni sonuncu pillədə başa vuran bakılılar aşağı diviziona göndərilməmişdi. Həmin vaxt AFFA İcraiyyə Komitəsi 10 komandalı çempionatın təşkilinə, iki bölgə klubunun - "Turan Tovuz"la "Kəpəz"i elitaya qaytarılmasına qərar verdi və "Səbail" xilas oldu. 

Aftandil bəyin hazırda "Qarabağ"la müqaviləsi var. Xatırlayırsınızsa, hələ Berdiyev "Turan Tovuz"a gətirilməmiş Hacıyev qərb təmsilçisinin rəhbərliyi ilə görüşmüş, ardından Fanat.Az-a belə bir açıqlama vermişdi: "Bəli, görüşdüyümüz doğru məlumatdır. Danışıq aparmışıq, amma bu gün üçün "Turan Tovuz"u çalışdırmaq variantı böyük ehtimalla, alınmayacaq. Çünki hazırda "Qarabağ"dayam. Ola bilsin ki, gələcəkdə belə bir əməkdaşlıq baş tutsun".

Aftandil bəyin Ağdam klubu ilə anlaşması qüvvədə olduğu üçün təklifi dəyərləndirə bilmədiyi bəlli reallıqdır və hazırda bu yöndə nəsə dəyişməyib. "Köhlən atlar" qarşısına uşaq futbolunu inkişaf etdirmək məqsədi qoyub, Hacıyev isə bu sistemə rəhbərlik edir. Yəni bu məşqçini istəmək hələ onun "Qarabağ"dan ayrılmasına nail olmaq deyil.

Tərlan Əhmədov özünü sübut edib

Son olaraq Premyer Liqanın maddi baxımdan bütün digər iştirakçılarından geri qalan komandasını - "Kəpəz"i elitada saxlayan Tərlan Əhmədovun təcrübəsi haqda yenidən danışmağa ehtiyac yoxdur. Azərbaycan millisinin sabiq kapitanı indiki "Səbail"lə də adından söz etdirə bilər.

Bəli, Əhmədovun işlədiyi komandalarda bəzi futbolçularla insident yaşamasına, hətta klub rəhbərliyi ilə yola getməməsinə də şahidlik etmişik, ancaq bir qədər dərin yanaşsaq, bu nüanslar onun bir məşqçi kimi özünə güvənməsindən qaynaqlanır. Barmaq işarəsi ilə hərəkət etməyən, öz mövqeyi olan biridirsə, lap yaxşı. Mütəxəssisin əsas işi qarşısına qoyulan tapşırığın öhdəsindən gəlməkdirsə, Tərlan bəy bunu bacarıb. Onun "Səbail"də çox şeyi yaxşıya doğru dəyişə biləcəyi şübhə doğurmur. 

Nihat Ağasoy 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

Facebookdan bizi izləməyi unutmayın.
X