Ailə və digər problemləri əsas gətirib “Araz Naxçıvan”dan ayrılan hücumçu Fərid Quliyev karyerasını sabiq klubu “Bakı”da davam etdirə bilər. Fanat.az xəbər verir ki, növbəti mövsüm əsasən yerli oyunçulara güvənəcək olan “Bakı” Fəridi sərəncamına qatmaqda maraqlıdı.
Oyunçunun yaxın günlərdə paytaxt klubunun düşərgəsinə qoşulacağı gözlənilir.
futbol11.az