Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Aqil Məmmədov yetirmələrini Batumi "Dinamo"su ilə oyunda sınayıb.
Matç 2:2 hesabı ilə başa çatıb. Hesabı 29-cu dəqiqədə penaltidən gürcülər açıb. "Sumqayıt" buna 2 dəqiqə sonra cavab verib. Məhəmməd Qurbanov 11 metrlik cərimə zərbəsini qola çevirib. O, 78-ci dəqiqədə daha bir penalti qoluna imza atıb. 90+7-ci dəqiqədə isə "Dinamo" bərabərliyi təmin edib.
Qeyd edək ki, "Dinamo" klubu 1923-cü ildə yaradılıb. SSRİ dövründə Gürcüstan çempionluğunu və kubokunu qazanan komanda müstəqillik dönəmində - 1998-ci ildə kuboka və Superkuboka sahib çıxıb. Batumi klubu 4 dəfə avrokuboklara çıxıb və bütün hallarda Kuboklar Kubokunda iştirak edib.
"Sumqayıt" Türkiyədək ilk hazırlıq oyununda "Perspolis"ə (İran) 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada isə Özbəkistan "Bunyodkor"una qalib gəlmişdi - 1:0.
Yoxlama oyunu
22 iyul
Sumqayıt (Azərbaycan) - Dinamo (Gürcüstan) 2:2
Qollar: Məhəmməd Qurbanov (2).
Sumqayıt: Andrey Popoviç, Ruslan Poladov, Vurğun Hüseynov, Aqil Nəbiyev, Nodar Məmmədov, Tagim Novruzov, Tərzin Cahangirov, Təvəkkül Məmmədov, Orxan Əliyev, Tofiq Mikayılov, Məhəmməd Qurbanov.
Fanat.az