"Qəbələ" heyətinə daha bir futbolçu qatıb. Fanat.az xəbər verir ki, bölgə klubu Aleksandru Benqa ilə müqavilə bağlayıb. Rumın müdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, tam adı Aleksandru Konstantin Benqa olan futbolçu 1989-cu ildə Rumıniyanın Braşov şəhərində dünyaya gəlib. Mərkəz müdafiəçisi müdafiəyəmeylli yarımmüdafiəçi mövqeyində də oynayır. Benqanın son iş yeri Bolqarıstanın "Botev" klubu olub. O, 2013/14 mövsümünün ikinci yarısında çıxış etdiyi klubda 12 oyun keçirib və 1 qol vurub.
Futbolçu əvvəllər Rumıniyanın "Braşov", "Sakele", "Foreks", "Petrolul" və "Otselul" klublarında çıxış edib. Benqa Rumıniya U-19-da 3 oyun keçirib.
Fanat.az