Hollandiyada təlim-məşq toplanışında olan "Qəbələ" növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, təmsilçimizin rəqibi "Konyaspor" olub.
"Papendal Sport" otelinin futbol meydançasında baş tutan qarşılaşma "Qəbələ"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qola yeni transferlər imza atıb. 63-cü dəqiqədə Pavol Farkaş hesabı açıb. 15 dəqiqədə sonra Yazalde Pinto fərqlənib.
Qeyd edək ki, "Konyaspor" klubu 1981-ci ildə yaradılıb. Komanda 1988-1993, 2003-2009-cu illər aralığında və 2010/11 mövsümündə Super Liqada çıxış edib. 2012/13 mövsümündə yenidən Super Liqaya vəsiqə qazanan "Qəbələ"nin rəqibi ötən mövsüm 11-ci pilləni tutub. "Konyaspor" 1988, 2003 və 2010-cu illərdə 1-ci liqanın çempionu olub. Mesut Bakkalın başçılıq etdiyi Super Liqa klubunun heyətində Rumıniya, Belarus, Kamerun, İslandiya, Serbiya, Belarus, Anqola, Çexiya, Xorvatiya, Avstriya və Bolqarıstandan 11 legioner var.
Sloveniya toplanışı zamanı yerli klublarla 3 oyun keçirib. "Stoynitsa" və "Maribor"a 1:0 hesabı ilə qalib gələn təmsilçimiz "Koper"ə uduzub - 0:1. Hollandiya toplanışı zamanı isə "Arnem"i 4:0 hesabı ilə udan "Qəbələ" "Alkmaar"a boyun əyib - 0:2.
Yoxlama oyunu
23 iyul
Qəbələ (Azərbaycan) - Konyaspor (Türkiyə) 2:0
Qollar: Pavol Farkaş, 63. Yazalde Pinto, 78.
Qəbələ: Anar Nəzirov, Pavol Farkaş, Rafael Santos, Ürfan Abbasov, Elnur Allahverdiyev, Ruslan Abışov, Adrian Ropotan, Dodo, Cavid Hüseynov, Andrey Kristya, Markinyos.
"Papendal Sport" otelinin meydançası.
Fanat.az