"Qəbələ" - "Konyaspor" matçında dava düşüb. Fanat.az xəbər verir ki, təmsilçimizin baş məşqçisi Dorinel Muntyanu ilə oyunun hakimi arasında gərginlik yaranıb.
Muntanyu hakimin üzərinə hücum çəkərək etiraz edib. Rumın çalışdırıcı rəqibin baş məşqçisinə də iradlarını çatdırıb.
Hakimin idarəçiliyi "Konyaspor"un oyunçularını da narazı salıb. Fit sahibi qardaş ölkə komandasının lehinə qərarlarıyla əsəbləri tarıma çəksə də, Hasan Kabze hakimin üstünə yeriyərək ondan tərəfsiz idarəçilik tələb edib.
Fanat.az