İspaniya La Liqasında noyabrın ən yaxşı oyunçusu açıqlanıb.
Fanat.Az xəbər verir ki, “Real Madrid"in vingeri Vinisius Junior bütün rəqiblərini qabaqlayıb.
Hazırda zədəli olan 24 yaşlı braziliyalı bu ay çıxdığı 2 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Vinisius cari mövsüm ümumilikdə 18 matçda iştirak edərək 12 qola imza atıb.