2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" bir günlük istirahətin ardından Türkiyənin Kartepe bölgəsində məşqlərini davam etdirib. Fanat.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda gündə iki dəfə olmaqla hazırlaşır.
Heyətdə zədəli futbolçu yer almır. "Sumqayıt" sabah növbəti yoxlama oyununa çıxacaq. "Gənclik şəhəri" təmçilsi Türkmənistan klubu "Altın Asır"la üz-üzə gələcək. Qarşılaşmanın başlama saatı hələ bəlli deyil.
Qeyd edək ki, "Sumqayıt" ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlib və sonuncu yoxlama oyunundan Batumi "Dinamo"su ilə 2:2 hesablı heç-heçə ilə ayrılıb.
Fanat.az