"Arsenal" İngiltərə Premyer Liqasının (İPL) turnir cədvəlində "Çelsi"ni klubun adındakı ilk hərfə görə qabaqlayır.
Fanat.Az xəbər verir ki, hər iki London təmsilçisi hazırda eyni göstəricilərə malikdirlər.
Sözügedən komandalar 13 tura hərəyə 25 xal toplayıblar. Həm "zadəganlar", həm də "topçular" keçirdikləri oyunlarda 7 qələbə, 4 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıblar. Paytaxt klublarının top fərqləri də eynidir - 26:14.
İPL-in reqlamentinə əsasən, belə hallarda əlifba sıralaması nəzərə alınır. "Arsenal"ın adı "A" hərfi ilə başladığı üçün 2-ci, "Çelsi" isə 3-cü yerdə qərarlaşıb.
Nihat