"Sabah"ın Premyer Liqada növbəti rəqibi “Qarabağ” olacaq.
Fanat.Az xəbər verir ki, artıq biletlər satışdadır.
Biletləri bu gündən etibarən “iticket.az” saytından (link “bio”da), həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə etmək mümkündür.
"Sabah" - "Qarabağ" oyunu dekabrın 7-də, saat 18:00-da “Bank Respublika Arena”da keçiriləcək.