18:10 06.12.2024 1044

"Berdiyev çox təcrübəli mütəxəssisdir, amma..." - Ayxan Abbasov planları açıqladı

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Yayda "Turan Tovuz"dan ayrılaraq birmövsümlük fasilədən sonra elitaya qayıdan "Şamaxı"nın "sükanı arxası"na keçən Ayxan Abbasovun çalışdırdığı kollektiv qarşıdakı turda məhz Tovuz təmsilçisi ilə üz-üzə gələcək. Misli Premyer Liqasındakı yerini qorumağı hədəfləyən və hazırda 13 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan "aslanlar"ın çalışdırıcısı ilə əlaqə saxlayıb suallarımıza cavab almağa çalışdıq. 

44 yaşlı mütəxəssisin Fanat.Az-a müsahibəsi belə alındı:

- Son iki iş yeriniz bölgə klublarıdır. Tovuz futbolu ilə Şamaxı futbolunu müqayisə edə bilərsiniz?
- Bölgə klublarında çalışmaq o qədər də asan deyil. Hər iki komandaya Premyer Liqaya vəsiqə qazandığı mövsümdə baş məşqçi təyin olunmuşam. "Turan Tovuz"da vəziyyət daha çətin idi. Çünki "Şamaxı"nın elita təcrübəsi var. Heyətdəki oyunçuların bəziləri gənc olsalar da, Premyer Liqada oynamışdılar. Tovuzda sıfırdan başlamışdıq. Hərçənd orada seleksiya etməyə vaxtımız var idi. Əvvəldən bilinirdi ki, "Turan Tovuz" Premyer Liqaya buraxılacaq. Komandanı qurmaq üçün iki aya yaxın vaxtımız oldu. Burada müəyyən zaman məhdudiyyəti ilə üzləşdik. Digər tərəfdən, "Şamaxı"ya yeni oyunçular cəlb etmək yönündə müəyyən problemlər yaşadıq. Tovzuda azarkeş kütləsi daha çoxdur. Bölgə klublarının akademiyaları yaxşı olmalıdır ki, 3-4 ildən sonra yerli oyunçular da əsas komandaya cəlb edilsinlər. Bölgə komandasının Premyer Liqada iştirakı yerli əhalinin də futbola baxış bucağını dəyişir. Hərəsinin öz özəllikləri var.

- Hər iki komandanı aşağı liqadan qayıtdığı mövsümdə götürmüsünüz. Sanki özünüz də sıfırdan komanda formalaşdırmağa üstünlük verirsiniz. Bunun nə kimi çətinlikləri olur?
- Açığı, sıfırdan komanda qurmaq çətindir. Əlbəttə, büdcə daha yaxşı olsa, çətinliklər azala bilər. Bu gün futbolçular komanda seçəndə çox nüanslara fikir verirlər. Harada qalacaqlarını, harada məşq edəcəklərini, bölgənin paytaxtdan hansı məsafədə yerləşdiyini nəzərə alırlar. Bir sözlə, paytaxta mümkün qədər yaxın olmaq istəyirlər. Məsələn, övladının təhsilini də düşünən oyunçu məktəbin əlçatan olmasını istəyir. Belə nüanslar çoxdur.

"Turan Tovuz"da qarşımıza ildən-ilə inkişaf etmək məqsədi qoymuşduq. Birinci mövsümdə 6-cı yeri tutduq və Azərbaycan Kubokunda yarımfinal oynadıq. İkinci mövsümdə isə sona 4 tur qalmışa qədər avrokuboklarda iştirak şansımız var idi. Kluba sponsor gələndən sonra Bakıda qala, rahat məşq edə bildik. Yenə deyirəm, maddi durum önəmli məsələdir. Büdcə nə qədər imkan verərsə, o qədər də yaxşı komanda qurmaq olar. Bölgələrdə klubla komandanın inkişafı paralel getməlidir. 

- Çempionatda 8 oyunluq qələbəsizlik seriyası var. Növbəti matç isə "Turan Tovuz"a qarşıdır. Bu matç sizin üçün xüsusidirmi? Tovuz təmsilçisi ilə oyun dönüş nöqtəsi ola bilərmi?
- Son 8 oyunu götürsək, bizim üçün təbii ki, yaxşı göstərici deyil. Amma ondan əvvəl də bir məğlubiyyətsizlik seriyamız var idi və bunu bizdən heç kim gözləmirdi. Çətin durumlarla qarşılaşmaq ehtimalından öncədən xəbərdar idik. Büdcə və iddia baxımından bizdən üstün komandalar da bəzən ardıcıl altı, yeddi və ya on oyunda qələbə qazana bilmirlər. Əsas ruhdan düşməməkdir. Zədəlilərin və cəzalıların çoxluğu rotasiya anlamında əlavə problemlər yaratdı. Futbolçular robot deyillər. Son oyunlarımızın bəzilərində fərdi səhvlər bizi xal və xallardan edib. Düşüşü də normal qarşılamalı və daha yaxşısını etməyin yollarını tapmalıyıq. Oyun planında inkişaf var. Müəyyən vaxt lazımdı.

"Turan Tovuz" bu mövsüm iddialıdır və hazırda turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub. Məqsədləri avrokuboklara vəsiqə qazanmaqdır və evdə, yerli azarkeşlər önündə aqressiv futbol sərgiləyəcəklrinə şübhə etmirəm. Hər oyuna dönüş nöqtəsi kimi baxırıq. Bu qarşılaşmanın mənim üçün hər hansı özəlliyi yoxdur. Tovuza getmək, dolu tribunalar önündə mübarizə aparmaq xoşdur. Ancaq mən digər komandalarda da çalışmışam. Onlara qarşı oyunlar necədirsə, bu matç da elə olacaq.

- "Turan Tovuz"dakı xələfiniz Berdiyevlə ünsiyyətiniz olubmu? Olubsa, nə barədə danışmısınız?
- Yox. Berdiyevlə ilk oyundan öncə salamlaşmışıq, matçdan sonra da sağollaşmışıq. O, Rusiya çempionatında adından söz etdirən, Çempionlar Liqasında uğurlu matçlarla yadda qalan mütəxəssisdir. Berdiyev çox təcrübəli çalışdırıcıdır, amma şəxsi münasbət və ünsiyyətimiz yoxdur.

- Yay fasiləsi dönəmində sizə yeni transferlə bağlı sual verəndə "pulumuz qurtarana qədər transfer edəcəyik" deyirdiniz? İndi qışdır. "Şamaxı"nın yeni transferlərə pulu var?
- Yayda ayrılan büdcə ilə komanda qurduq. Bilirsiniz ki, əlavə maliyyə dəstəyi olmayanda çətin olur. Yanvarda da müəyyən dəyişikliklər etmək niyyətindəyik. Rəhbərliklə mövcud vəziyyət barədə danışmışıq. Yeni oyunçular gətirmək istəyirik. Fasiləyədək dörd çətin oyunumuz var. "Turan Tovuz", "Sabah", "Qarabağ" və "Səbail"lə qarşılaşandan sonra qısa dönəmdə planlarımızı həyata keçirməliyik. 

- İlkin Muradov komandadan göndərdiniz. Konkret səbəbi açıqlaya bilərsiniz?
- İlkin Muradovu çoxdan tanıyıram. "Zirə"də işlədiyimiz dönəmdə əsas komandada debüt etmişdi. Ondan çox şey gözləyirdim. Düzü, meydana çıxdığı oyunlarımızda da pis təsir bağışlamamışdı. Bu futboldur, bəzən oyunçu ilə məşqçi arasında fikir ayrılığı yaranır, xarakterləri düz gəlmir. İlkin də qərarımızı normal qarşıladı. Özünü yeni komandada sınamaq istəyir. Onunla peşəkarcasına vidalaşmışıq.

- "Şamaxı"nın turnir cədvəlindəki indiki mövqeyi gözlədiyiniz kimidirmi? Yəni komandanı götürəndə qış fasiləsinə qədər təxminən neçə xal toplayacağını planlaşdırmışdınız?
- Son illərdə elitada qalmaq uğrunda mübarizə aparan komandalara istəyinə çatmaq üçün necə xalın kifayət etdiyini nəzərdən keçirmişik. Açığı, hədəflədiyimizdən bir qədər az xal toplamışıq. Düşünürdük ki, qış fasiləsinə qədər 17-18 xal bizim üçün məntiqəuyğun sayılar. Ancaq irəlidə 4 oyunda xal hesabımızı yaxşılaşdırmaq şansımız var. Elə komandalar var ki, bizdən az xal toplayıblar. Hədəfimizə çatacağımıza inanırıq. Çətin anlarda belə, motivasiyalı qalmaq böyük şərtdir.

Bu mövsüm çempionat bir qədər fərqli başladı. "Neftçi" ilə "Sumqayıt" gözləniləndən zəif startla yadda qaldılar. Belə olmasaydı, indi turnir cədvəlində fərqli mənzərəyə şahidlik edərdik. "Kəpəz"lə bizim elitada qalmaq hədəfi ilə oynayacağımız əvvəldən bəlli idi. Hazırda "Səbail" də eyni məqsədlə mübarizə aparır. Hələ bu siyahıya "Sumqayıt"ı da əlavə etmək olar. Baxmayaraq ki, "Sumqayıt" iki qələbə qazansa, artıq 4-cü yerə namizəd sayılacaq.

- "Şamaxı" qış fasiləsində harada hazırlaşacaq? Planlar dəqiqləşibmi?
- Vaxt qısa olduğu üçün ölkədən çıxmayacağıq. Həm də fasilədən öncə son oyunu da biz keçirəcəyik, ilk başlayan da biz olacağıq. Hazırlığa iki həftədən də az vaxtımız qalacaq. Çempionatın qalan hissəsinə Bakıda hazırlaşacağıq. Təbii ki, yerli komandalarla yoxlama oyunları da nəzərdə tutulub. Yəqin ki, iki sınaq qarşılaşması reallaşacaq.

- Hansı mövqelərə transferlər ediləcək?
- Həm hücum, həm yarımmüdafiə, həm də müdafiə xəttində rəqabətin artırılmasına ehtiyac var. Hər mövqeyə oyunçu istəyirik. 

- Əvvəlki klublarınızda rəhbərliyiniz altında oynamış futbolçuların hansınınsa qışda "Şamaxı"ya keçmək ehtimalı varmı?
- Var. Elə oyunçular var ki, hazırda öz klublarında oynamırlar. Onları öncə klubları buraxmalıdır ki, bizə qoşula bilsinlər. Oynasalar, milliyə dəvət almaq şansları da artar. 

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X