"Qəbələ"nin daha bir sabiq üzvünün "Mordoviya"ya keçidi baş tutub. Fanat.az xəbər verir ki, Lorenzo Ebesilo karyerasını Yuri Syominin komandasında davam etdirəcək.
Lorenzo "Qəbələ"də icarə əsasında çıxış edirdi. Donetsk "Metallurq"a holand futbolçunu bu dəfə "Mordoviya"ya icarəyə verib. Lorenzo mövsümün sonunadək Rusiya klubunda çıxış edəcək.
Qeyd edək ki, Ebesilo ötən mövsüm "Qəbələ"də 37 oyun keçirib və 8 qol vurub. "Mordoviya" ondan əvvəl "Qəbələ"nin digər üzvü - İbrahima Niasseni heyətinə qatmışdı.
Fanat.az