12:09 26.07.2014 592

"Araz Naxçıvan" ilk imtahanda uduzdu - FOTOLAR

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Araz Naxçıvan" bu gün ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi "Samsunspor"la qarşılaşıb.

İlk hissədə əsas heyətlə meydana çıxan "Araz Naxçıvan" 27-ci dəqiqədə hesabı açıb. Ramal Hüseynovun başlatdığı hücumu Azər Məmmədov davam etdirib. Onun sağ cinahdan asmasını David Canıyev başla qapıdan keçirib - 1:0. Bundan sonra təmsilçimiz hesabı artırmağa yaxın olub. Tərlan Xəlilovun mükəmməl zərbəsi qapı dirəyinə tuş gəlib. İkinci hissədə isə Əsgər Abdullayev heyəti tam olaraq dəyişdirib. Əvvəlcə, 58-ci dəqiqədə Fatih Kılıçkaya "status-kvo"nu bərpa edib - 1:1. 7 dəqiqə sonra Ercan Yazıcı türk klubuna qələbə qazandıran qola imza atıb - 2:1.

Qeyd edək ki, "Samsunspor" klubu 1965-ci ildə yaradılıb. 49 yaşlı klub Super Liqada 30 mövsüm keçirib və sonuncu dəfə 2011/12 mövsümündə güclülər dəstəsini tərk edib. "Araz Naxçıvan"ın rəqibi 1-ci liqada ən çox çempion olan komandadı. Aşağı liqada 20 mövsüm keçirən komanda 6 dəfə çempionluğu bayram edib. "Samsunspor" ötən mövsüm PTT 1-ci liqada 5-ci pilləni tutaraq finala Super Liqaya vəsiqə uğrunda keçirilən play-off mərhələsinə çıxıb. Lakin finalda "Mersin İdman Yurdu"na yenilib. Erhan Altının başçılıq etdiyi komandanın heyətində Nigeriyadan 2, Bosniya və Hersoqovinadan 1 futbolçu çıxış edir.

Yoxlama oyunu
25 iyul

Samsunspor (Türkiyə) - Araz Naxçıvan (Azərbaycan) 2:1
Qollar: Fatih Kılıçkaya, 58. Ercan Yazıcı, 65 - David Canıyev, 27. 
Araz Naxçıvan: Elçin Sadıqov, Ruslan Zamanov, Emin Cəfərquliyev, Mikayıl Rəhimov, Azər Məmmədov, Ramal Hüseynov, Budaq Nəsirov, Tərlan Xəlilov, Qərib İbrahimov, David Canıyev, Bəxtiyar Soltanov.
Samsunspor: Furkan Köse, Tuna Üzümcü, Fatih Kılıçkaya, Murat Akyüz, Taha Yalçıner, Ali Zorlu, Ahmet Burak Solakel, Zafer Özden, Aminu Umar, Serdar Eylik, Alperen Pak.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X