“Ayın qolu” layihəsi çərçivəsində noyabrın ən yaxşı qolunun müəllifi olan "Neftçi"nin futbolçusu Murad Məmmədov mükafatlandırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Futbolçuya mükafatı Misli Premyer Liqasının 17-ci turunun “Neftçi” – “Kəpəz” görüşündən əvvəl qurumun Texniki-İdman direktoru Elgiz Abbasov təqdim edib.