Misli Premyer Liqasının 17-ci turunda "Neftçi" ilə görüşən "Kəpəz"in baş məşqçisi Azər Bağırov matçı şərh edib.
Fanat.Az xəbər verir ki, o, səfərdə 1:2 hesabı ilə uduzduqları oyunla bağlı bunları dilə gətirib:
"Oyuna yaxşı hazırlaşmışdıq. Birinci hissədə etdiyimiz texniki səhvlərdən qapımızda iki qol gördük. İkinci hissədə daha aqressiv oynadıq. Mənə elə gəlir ki, yaxşı mübarizə apardıq. Qol epizodlarımız oldu, çox fərqlənə bilərdik. Matç heç-heçə də yekunlaşa bilərdi. Amma reallıqlarla barışmaq lazımdır. Daha yaxşı hazırlaşmalıyıq. Hər bir vəziyyətə hazır olmaq lazımdır".