"Qəbələ"də "sular bulanıb". Fanat.az-ın əldə etdiyi məlumata görə, hazırda Hollandiyada təlim-məşq toplanışında olan klubun yarımmüdafiəçisi Dodo nizam-intizam qaydalarını pozduğuna görə əvəzedici komandaya göndərilib.
Dünən axşam məşqinin olamamasından istifadə edən futbolçu gündüz spirtli içki qəbul edib. Axşam yeməyinə içkili halda gələn braziliyalı futbolçu məşqçi heyəti və komanda yoldaşları ilə mübahisəyə girişib. Ürəyi soymayan Dodo "Qəbələ"nin bir neçə futbolçusuna hücum etməyə də macal tapıb. Onu sakitləşdirməyə çalışan həmyerliləri Dodonun yumruq zərbələrinə tuş gəliblər.
Hadisə baş məşqçi Dorinel Muntyanunun gözləri qarşısında yaşanıb. Cəza özünü çox gözlətməyib. Rumın mütəxəssis futbolçunu əvəzedici heyətə göndərib. Braziliyalı yarımmüdafiəçinin cəza müddəti gələcək dövrdə intizam qaydalarına riayət etməsindən asılı olacaq.
Fanat.az