Hollandiyada təlim-məşq toplanışı davam etdirən "Qəbələ" heyətinə daha bir futbolçu qatıb. Fanat.az xəbər verir ki, bölgə klubu Ekiqo Ehiosunla bir illik müqavilə bağlayıb. "Gənclərbirliyi"ndən gələn nigeriyalı hücumçu "Qəbələ"də icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, 24 yaşlı forvard "Gənclərbirliyi"inə məxsus olsa da, son mövsümü icarə əsasında "Samsunspor"da keçirib. Bu komandada 29 oyun keçirən Ekiqo 9 qola imza atıb.
Nigeriyalı fvorvard karyerasını vətənində başlayıb və 2008-2011-ci illərdə "Varri Volves"də çıxış edib. 2011-ci ildə Türkiyəyə gələn Ehiosun bir mövsüm "Samsunspor"un formasını geyinib və 2012-ci ildə "Gənclərbirliyi"inə transfer olunub. 2011-ci ildən Nigeriyanın A millisinə dəvət alan futbolçu Sierra Leoneyə qarşı debüt oyununda yığmadakı ilk və həlilik son qoluna imza atıb.
Onu da qeyd edək ki, Ekiqonu əvvəllər "Xəzər Lənkəran" da heyətinə qatmaq istəmişdi.
Fanat.az