"İnter"in, "Real Madrid"in və "Milan"ın sabiq hücumçusu, dünya futbolunun canlı əfsanəsi Ronaldo Braziliya Futbol Federasiyasının prezidenti postuna namizədliyini irəli sürüb.
Fanat.Az xəbər verir ki, informasiyanı "RMC Sport" yayıb.
Məlumata görə, Ronaldo bu yöndə qarşısına qoyduğu əsas məqsədi də açıqlayıb: "Mənim yüzlərlə motivasiya mənbəyim var. Amma ən vacibi Braziliya futbolunun dünya miqyasındakı hörmətini özünə qaytarmaqdır".
Xatırladaq ki, Ronaldo ikiqat dünya çempionu, iki dəfə dünya birinciliyinin gümüş mükafatçısıdır. O, iki dəfə Amerika Kubokunun qalibi olubsa, iki dəfə "Qızıl top", iki dəfə "Qızıl buts" mükafatına sahib çıxıb. Sabiq forvard peşəkar futbolçu karyerasını 2011-ci ildə "Korintians"da başa vurub.
Nihat