Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, günün ilk matçında “Xilasedici” "Azərreyl"lə qarşılaşıb.
Oyun birincilərin qələbəsi ilə başa çatıb - 3:1 (19:25, 25:23, 25:18, 26:24). İkinci matçda isə “Murov Az Terminal” "Gənclər"i asanlıqla yenib - 3:0 (25:14, 25:14, 25:13).
Qeyd edək ki, ötən gün "Neftçi" MOİK-i 3:0 hesabı ilə üstələyib.