Növbəti mövsümdə futbol üzrə Azərbaycan Birinci Divizionunda mübarizə aparacaq klubların adları tədricən müəyyənləşməkdədi. Azerisport.az xəbər verir ki, artıq onlardan 15-nin adı bəllidi.
Bunlar paytaxtı təmsil edən “Bakılı”, “Lokomotiv”, “Qala”, MOİK və “Şuşa”, eləcə də Tovuzun “Turan”, Gəncənin “Kəpəz”, “Ağsu”, “Qaradağ Lökbatan”, “Neftçala”, “Şahdağ” (Qusar), “Energetik” (Mingəçevir), “Göyəzən” (Qazax), “Şəmkir” və “Araz” (Naxçıvan) klublarıdı.
Qeyd edək ki, son mövsümdə birinci divizionda 13 klub mübarizə aparırdı.
İdman24.az