Növbəti mövsümün hazırlıqlarını Hollandiyanın Arnem bölgəsində davam etdirən "Qəbələ" dünən iki dəfə məşqə çıxıb. Fanat.az xəbər verir ki, günün birinci yarısında əsasən fiziki çalışmalara üstünlük verən komanda, günün ikinci yarısında taktiki və toplu məşqlər keçib.
Baş məşqçi Dorinel Muntyanunun rəhbərliyi altında baş tutan hazırlıq prosesi qapıya zərbələrlə tamamlanıb.
Xatırladaq ki, "Qəbələ" bu gün toplanış çərçivəsində Hollandiyanın "Heerenven" klubu ilə yoxlama oyunu keçirəcək. Matç Bakı vaxtı ilə saat 22.00-da start götürəcək.
Fanat.az