"Əl-Hilal"ın braziliyalı hücumcusu Neymar PSJ-dən getməsinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "RMC Sport" onun sözlərini belə çatdırıb:
"Əl-Hilal"dan təklif gəldi. Mən Parisdə xoşbəxt deyidim. Klub və məşqci məni komandada görmək istəmirdilər. Onlarla bu haqda söhbət etdik. Qərarımı verməliydim. "Əl-Hilal"ın göndərdiyi təklif məni qani etdi. Klubla, yerli adət ənənələrlə və cempionatla bağlı məlumat toplayandan sonra "Əl-Hilal"a keçdim".
Rafael