"Çelsi"nin sabiq yarımmüdafiəçisi Co Koul London təmsilçisinin gənc hücumçusu Mark Qiudan danışıb.
Fanat.Az xəbər verir ki, "The Telegraph" onun Konfrans Liqasının Liqa mərhələsinin son turunda "Şemrok Rovers"in qapısına 3 qol vuran forvard haqda sözlərini belə çatdırıb:
"Barselona"nın onu necə buraxdığını anlamıram. Bu oğlan iki ildən sonra sayılıb-seçilən "9 nömrə" ola bilər. Məncə, Qiunun potensialı çox şeyə imkan verir. "Barselona"nın böyük səhv etdiyini düşünürəm".
"Çelsi" - "Şemrok Rovers" matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Cari mövsüm İngiltərə nəhənginin əsas komandasında 10 matça çıxan Qiu 6 qol vurub.
Nihat