"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Almaniya millisinin üzvünü "İnter" heyətinə qatmaq istəyir.
Türk əsilli futbolçunun İngiltərə nəhəngi ilə müqaviləsinin müddətti mövsümün sonunda başa çatacaq. Milan klubu yayda azad agent statusunda olacaq 34 yaşlı yarımmüdafiəçini pulsuz heyətinə qata biləcək.
Qeyd edək ki, İlkay Gündoğan bu mövsüm "Mançester Siti"nin heyətində 22 matçda meydana çıxıb və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa