“Liverpul” müdafiəçisi Trent Alexander-Arnolda yeni müqavilə təklif edib.
Fanat.Az xəbər verir ki, məlumatı "Caught Offside" yayıb.
Xəbərə görə, oyunçu qalmağa razılıq versə, qarşıdakı dörd il müddətində ildə 20 milyon avro alacaq.
Futbolçu isə "Real Madrid"in onunla maraqlandığını bildiyi üçün gələcəyi ilə bağlı qərar verməyə tələsmir. İspaniya nəhəngi yanvarda Trentlə görüşəcək.
Mersisayd klubunun rəhbərliyi Aleksandr-Arnoldun dekabrda müqaviləsini uzatması üçün mümkün olan hər şeyi etməyə çalışır. Belə ki, "Liverpul" növbəti mövsümdə diqqətini yalnız futbol meydançasındakı çıxışlara yönəltmək niyyətindədir.
25 yaşlı ingiltərəli müdafiəçinin "Liverpul"la müqaviləsinin müddəti bu mövsümün sonuna qədərdir.
Mirağa